UNEC dünya təhsil bazarında Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi mövqeyini gücləndirməkdədir.
Universitetdən FED.az-a verilən məlumata görə, UNEC brendi Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya və Türkiyədən sonra səkkizinci xarici ölkə olaraq, Estoniyada da qeydiyyatdan keçdi. Yaxın zamanlarda UNEC markasının digər xarici ölkələrdə də qorunma altına alınması gözlənilir.
Sevindirici haldır ki, öz əhatə dairəsini gündən-günə genişləndirən UNEC təklif etdiyi təhsil proqramları və xidmətləri ilə artıq bir dünya markasına çevrilməkdədir. Təsadüfi deyil ki, UNEC-in dünyanın bir sıra nüfuzlu beynəlxalq reytinq təşkilatlarında əldə etdiyi uğurlu nəticələr həm də UNEC brendinin artan gücü ilə əlaqədardır.