UNEC-in magistrləri ABŞ-ın Linkoln Universiteti (LU) ilə ikili diplom proqramı vasitəsilə “Ümumi MBA” və “Beynəlxalq Biznes” ixtisasları üzrə magistr diplomu əldə edə biləcəklər.
FED.az xəbər verir ki, magistrlər təhsilin 1-ci ilinin payız, yaz və yay semestrlərini Amerika Birləşmiş Ştatlarında LU-da keçirəcəklər.
Eləcə də bax: «Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA
Lincoln Universitetindəki 7 əsas və 2 seçmə fənləri götürərək müvafiq şərtlər əsasında 4 + 4 + 1 və ya 4 + 3 + 2 üsulu ilə təhsil alacaqlar.
Lincoln Universitetində təhsillərini davam etdirərkən, tələbələr öz tədqiqat layihəsi mövzusunu və rəhbərlərini seçəcəklər (birini Lincoln Universitetindən və digərini isə UNEC-dən).
Bu birgə tədqiqat layihəsi olacaqdır. Tələbələr üçüncü və dördüncü semestrlərini tamamlamaq üçün UNEC-də fənlərin qalanını götürəcəklər.
Tələbələr birgə tədqiqat layihəsini bitirəcək və UNEC-də müdafiə edəcəklər. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr UNEC diplomu ilə yanaşı Linkoln Universitetinin diplomunu da əldə edəcəklər. Təhsil ingilis dilindədir. Amerikada təhsil müddətində magistrlər işləmək hüququ əldə edəcəklər.
Eləcə də bax: «Şərait yaradın, daha yaxşı işləyək» - TƏHSİL BİZNESİNDƏ ŞİKAYƏT VƏ TƏKLİFLƏR
UNEC ABŞ-ın Linkoln Universiteti ilə - İKİLİ DİPLOM PROQRAMINA BAŞLAYIR
08:55
22 İyun 2019