Azərbaycanda təhsil biznesinin vəziyyətini müzakirə etmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən forum maraqlı təkliflərlə yadda qaldı. Təhsil biznesi ilə bağlı, deyəsən, ilk dəfə keçirilən müzakirəyə özəl təhsil müəsssələri – universitetlər, orta məktəblər, bağçalar və məktəbəqədər təhsil müəssisələri, inkişaf və tədris mərkəzlərinin nümaynədələri qatılmışdı. Müzakirələrdə dövləti KOBİA və Təhsil nazirliynin rəhbərliyi təmsil edirdi. Görüşdə Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin nümaynədələri də iştirak edirdi.
Tədbir demək olar ki, dərhal işgüzar rejimə keçdi. Əvvəlcə, KOBİA rəhbəri Orxan Məmmədov, özəl sektora bəyan etdi ki, dövlət onlarla əməkdaşlıq etmək fikrindədir, özə də bu əməkdaşlıq biznes münasibətləri formasında olacaq. Agentlik rəhbəri ilk növbədə rəhbərlik etdiyi qurumun təhsillə bağlı planlarını açıqladı və bildirdi ki, özəl təhsilsektoru ilə 4 istiqamətdə əməkdaşlığa hazırdırlar.
Özəl sektor bu xəbəri həzm etməmiş, KOBİA sədrinin müavini Nadir Adilov bildirdi ki, forumda dövlət qurumları deyil, özəl sektor danışmalıdır, «fikirlərinizi və təkliflərinizi verin». Və özəl sektor başladı…
Birinci söz alan «Panda school» şirkətinin rəhbəri Elvin Dadaşsoy regionlarda böyük biznes imkanlarını olduğunu, amma «düşünən beyinlərin», yəni sahibkarlıq potensialı olanların Bakıya toplandığını bildirdi. Onun sözlərinə görə, şirkətin regionlarda açdığı 14 yeni bölməsi bölgələrdə özəl təhsil imkanları olduğunu göstərir: «Xüsusilə məktəbə qədər təhsillə bağlı böyük imkanlar var».
E.Dadaşsoy dedi ki, o və bu sahədə çalışan digər sahibkarlar sahəni inkişaf etdirməkdə maraqlıdır: «amma şəxs olaraq maddi investisiyamız buna imkan vermir. Buna investisiya, güzəştli kredit lazımdır. Bunun üçün biz KOBİA-nın rəhbərliyi ilə görüşmək istəyirik». Agentlik rəhbərliyi burada problem görmədi.
Məktəbəqədər təhsillə məşğul olan «Ləma» MMC-nin sahibi Aybəniz Əliyeva isə son vaxtlar ortaya çıxan problemi qaldırdı. Onun sözlərinə görə, dövlət məktəblərində məktəbə hazırlıq kursları işə düşəndən sonra özəl məktəbəqədər müəssisələr müştərilərini itirməyə başlayıb: «Orta məktəblərin nəzdində hazırıq kurslarından sonra kontingentini itirməyə başlamışıq. Çünki uşaqlar həmin kurslara yönəlirlər».
Kiçik sahibkarı maraqlandıran əsas məsələ o idi ki, nəyə görə, özəl bağçalara gedən uşaqların elektron qeydiyyatında çətinlik olur: «Niyə bağçalara gedən uşaqların elektron qeydiyyatında çətinilk var? Orta məktəblərdəki hazırlıq kurslarından qeydiyyatdan keçmək daha asandır.
Belə getsə, biz gələn il bu hazırlıq kurslarını bağlamalı olacağıq».
Sahibkara cavab verməyə çalışan təhsil nazirinin müavini Firudin Qurbanov dedi ki, əslində məktəbə qədər müəssisələr yerli icra hakimiyyətlərinin təbeliyindədir, və onlar tərəfdən tənzimlənir. Amma orta məktəbə qəbul prosesində elektron imkanlar artacaq.
«21-ci əsr beynəlxalq təhsil və innovasiya mərkəzi»nin icraçı direktoru Müzəffər İsmayılov isə diqqəti vergi məsələsinə yönəltdi. Onun sözlərinə görə, son vaxtlar vergi sahəsində aparılan islahatlar təhsil sahəsinə də təsir edib, o cümlədən əmək haqqında vergi yükü azalıb. Bu da müəllimlərin maddi imkanlarının artmasına şərait yaradıb: «Amma bir məqam var
Bizim mərkəzimiz günboyu fəaliyyət göstərir. Bizdə yemək və xəstəxana materiallrı da var. Bu materialları sorğu yolu ilə əldə edirik və vergiləri tam, şəffaf şəkildə ödəyirik».
Amma təchizat sorğuları zamanı məlum olur ki, nağd ödənişlərdə qiymətlər iki qat aşağıdır: «Bizə deyirlər ki nağd ödəsəniz, qiymət iki dəfə ahağı olacaq». M.İsmayılovu narahat edən məsələ odur ki, bu məktəb qanuni işlədiyinə görə, sözügedən materialları ikiqat baha qiymətə alır, amma başqaları daha ucuz almaqla üstün duruma düşə bilər və rəqabət pozular, ona görə də məktəb rəhbəri vergi nəzarətini artırmağı təklif etdi: «Oyun qaydalrı hamıya aid olmalıır çünki biz qanunla işləyirik, belə təklifləri rədd edirik, amma başqaları bundan istifadfə edib daha yaxşı şərait yaradır və bizdən daha yaxşı vəziyyətə düşür».
M.İsmayılovun qaldırdığı ikinci məsələ ƏDV ilə bağlı oldu. Onun sözlərinə görə, təhsil sahəsi ƏDV-dən azad olsa da, bəzi məhsullar alınanda ƏDV ödəyiciləri ilə əməkdaşıq etmək tələb olunur: «Amma həmni ƏDV-ni əvəzləşdirə bilmirik, bu da bizə əlavə xərclər yaradır. Biz dövriyyədən vergi ödəməli oluruq. Bu da az rəqəm deyil. Təklif edirəm ki, əgər təhsil sahəsi vergidən azaddırsa, ora mal göndəənlər də bizə verilən güzəhtlərdən istifadə edə bilsinlər. Çünki əvəzəşdirə bilmirik və bizə əlavə yükdür».
M.İsmayılovun təklifinə cavab verən Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin 1-ci müavini Mirəli Kazımov deyib ki, bütün bu problemlər şəffaflaşma ilə aradan qalxacaq: «Kassa aparatlarının tətbiqi ilə bağlı yeni paket hazırlanıb. Və növbəti ildən tətbiq ediləcək. Kassaalarda tətbiq edilən «kəş bək» sistemi, təhsil məssisəərində və özəl tədris məpkəzlərində də tətbiq ediləcək v bu da bu sahənin şəffaflaşmasına, vergidən yayınmanın qarşısının alınmaaına təsir edəcək».
O ki qaldı, təhsil sahəsinə güzəştlərə, M.Kazımov bildirdi ki, onun fikrincə, müəyyən güzəşt paketləri olmalıdır: «Sadəcə hər sahəyə verilən güzəşt digər sahələrə də təsir edir. Ona görə də təklifləri araşdırmaq lazımdır».
M.İsmayılovun digər təklifi Təhsil Nazirliyinə yönəlmişdi. İcraçı direktor dedi ki, nazirliyin, ümumiyyətlə dövlətin layihələrinə özəl sektorları da cəlb etmək lazımdır, çünki özəl təhsil müəssisələri həm də dövlərin yükünü paylaşırlar: «Çünki dövlət təhsil müəssisələrinə büdcədən pul ayrılır, özəl şirkətlər isə bu işləri yerinə yetirməklə dövlətin yükünü azaldırlar. Ona görə də özəl təhsil müəssisələri layihələrdən kənarda qalmamalıdırlar. Müəyyən kvotalarla olsalar da. Biz tövhə verməyə hazırıq, simvolik ödəniş müqabilində».
«Zirvə» liseyinin Xəzər Babayev diqqəti başqa vacib məsələyə yönəltdi. Onun sözlərinə görə, bəzi şagirdlər imtahanu uğurla verib liseyə qəbul olunsalar da maddi problemlər səbəbindən təhsil haqqını ödəyib burada təhsil ala bilmirlər: «Bilikli uşaqlar imtahan verib qəbul olunsalar da, maddi səbəbdən təhsil ala bilmirlər.
Ona görə də iş adamlarından təhsilə sponsorluq etməyi, yəni belə şagirdlərin təhsil haqqını ödəməsini təklif edirəm».
Lisey rəhbəri digər problemi Təhsil Nazirliyi qarşısında qaldırdı. Onnu sözlərinə görə, özəl lisey olaraq şagirdlər arasında təbliğat aparmaq üçün onları məktəblərə buraxmırlar: «Bizdən qarşılaşdığımız problemləri soruşurlar. Biz özəl litseyik və biz dövlət məktəbəinə daxil olmaqda çox problemlərimiz var. Məktəblərə daxil olab bilmirik, baxmayaraq ki, dövlət orta məktəblərində böyük sıxlıq var, sinifdə 30-35 nəfər oxuyur. Amma bizə imkan verilmir. İstəyirik buna şərait yaradılsın».
Bağça sahibi Günel Qafarova isə təklif etdi ki, məktəblərdə texnoparklar yaradılsın: «Kadr çətinliklər var, kadrlarla yaradıcılıq qabiliyyəti aşağıdır. İndi bağçalarda aktiv öyrənmə tədbirlərinə çox ehtiyac var, amma belə kadrlar azdır».
Məşhur «Barratson» şirkətinin müvəqqəti direktoru Zeynal Zeynalov maraqlı təkliflərlə çıxış etdi.
Əvvəla onun sözlərinə görə, Azərbaycanda sahibkarların yerləşdirilməsinə orta məktəbdən başlanmalıdır. Bunun üçün yeni yanaşmalara əsaslanan təhsil müəssisələri yaradılmalıdır: «Həmin yanaşmalar açıq tipli problemlərin həllinə yönəlir, bizdə isə qapalı tipli məsələlərin həlli məsələsi tədris edilir. Yəni 2+2 neçəyə bərabərdir tipli».
Z.Zeynalov təklif etdi ki, heç olmasa bir belə məktəb yaradılsın.
«Barratson» idarəçisinin digər təklifi orta məktəblərdə rəqəmsaalaşmaya keçidlə bağlı oldu: «Yəni orta mətəblərdə rəqəmsal istifadə daha geniş olmalıdır. «Bu özünü startap eko sistemində də göstərəcək, yəni rəqəmsallığın az olması özünü stapratların belə passiv olmasına səbəb olur».
Z.Zeynalov dedi ki, məktəblərdə indiyədək əsas sayılmayan 3 əsas fənnə ciddi yer verilməlidir: «Rəsm, bədən tərbiyəsi və əmək. Bunu inkişaf etdirən şagird, yaxşı xətti olan amma biliksiz olan şagirddən daha yaxşı olar».
Tədbir təşkiatçılar vəd etdilər ki, səsləndirilən bütün təkliflər və qaldırılan məsələlərə diqqətlə baxılacaq. İştirakçılar arasında hətta anket rəy sorğusu da keçirildi və xahiş edildi ki, başqa təklifləri olanlar da çəkinmədən yaza bilərlər. Həmin təkliflərin qəub edilib edilməyəcəyi bilinməsə də, müzakirələrin açıq keçməsi, iş adamlarını həvəslindirmişdi. Belə məlum oldu ki, indiyədək yalnız Təhsil Nazirliyi ilə işləməli olan özəl təhsil sektoru, dövlət sektorunda KOBİA-nın timsalında özünə yeni müttəfiq tapıb.