6 universitetdə təhsil alan 215 tələbə ilə sorğu, universitet rəhbərləri və müəssisələrlə müsahibələr aparılıb.
FED.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, monitorinq nəticələrinə görə tələbələr və iş dünyasının ehtiyac duyduğu bacarıqlar ilə universitetlərin qazandırdığı bacarıqlar arasında uyğunsuzluq var:
"Müsahiblərin əksəriyəti iddia edir ki, universitet məzunlarının bacarıq səviyyələri müəssisələrin hazırkı tələblərinə uyğun deyil. Uyğun gəlməyən bacarıqlar İKT, data analizi, innovasiya, planlama, özünəgüvən, problem həlletmə, özünüqiymətləndirmə, qərarvermə, xarici dil, ana dili və ünsiyyətdədir". (Report)