Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycanda 8-9 ballıq zəlzələ olacaq zonalar var.
Bakıda çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək
FED.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında deyib.
O bildirib ki, Naxçıvanda həmçinin 8-9 ballıq zəlzələ ərazisi olaraq götürülə bilər. Naxçıvanda 4 seysmik müasir stansiyamız var, yeni stansiyalar da yaradılacaq.