Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb.
"Son 15 ildə baş verən təbii fəlakətlər əhaliyə 1 milyard manata yaxın ziyan vurub"
FED.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar. (Report)