"Peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır".
FED.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov"Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.
O bildirib ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ni təsdiq edib: "Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Strateji Yol Xəritəsi yerli və beynəlxalq səviyyədə özəl sektor nümayəndələri üçün məlumat və əməkdaşlıq vasitəsi olacaq".
Eləcə də bax: Təhsil Nazirliyi hər beş diplomdan birini tanımır
Nazir qeyd edib ki, son bir neçə ildə peşə təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı 27 faiz artıb: "İnsan kapitalı təhsil keyfiyyəti ilə bağlıdır. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi olduqca vacibdir. Son 4 ildə ali məktəblərə qəbul olan abituriyentlərin sayı 20 faiz artıb".