Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialı karantinə bağlanıb.
Eləcə də bax: Ağdam rayonunun 10 məktəbi koronavirusa görə - Bağlanıb
FED.az xəbər verir ki, Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib ki, universitetdə dərslər distant formada təşkil olunur: “Nazirlər Kabinetinin qərarı ilə universitetin 30 faiz işçisi universitetdə işə davam edirdi. Hazırda həmin 30 faiz işçi arasında çoxlu sayda koronavirusa yoluxma qeydə alındığı üçün universitetdə iş rejimi 2 həftəlik karantinə bağlanıb”. (Apa)