Ağdam rayonu üzrə 10 təhsil ocağının fəaliyyəti müvəqqəti dayandırılıb.
Eləcə də bax: Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
FED.az xəbər verir ki, tam orta məktəblərin fəaliyyətinin dayandırılmağına səbəb həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin pozitiv çıxmağıdır.
Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov bildirib ki, rayon ərazisində fəaliyyət göstərən 7 təhsil ocağının - Əfətli, Birinci Yüzbaşılı, Alıbəyli, Mahrızlı, Dörd yol-2, Baharlı-2 və 150 saylı məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova isə bildirib ki, ümumilikdə bağlanan 10 məktəbdən 7-si rayon ərazisində yerləşir, 3 məktəb isə Bərdə rayonu ərazisində fəaliyyət göstərən 3, 95 və 100 saylı məcburi köçkün məktəbləridir.
Bundan başqa Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəb 1 və 97 saylı məktəbdə isə 1 sinfin fəaliyyəti dayandırılıb, məktəbin direktorunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. (Apa)