“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə 2023-2024-cü illər üzrə UNEC-in tələbə və məzunlarının təsisçisi olduğu 20-dən çox startap ekosistemə töhvə verib. Hazırda UNEC ən aktiv innovasiya fəaliyyətinə sahib universitetdir”.
FED.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov noyabrın 16-da UNEC-də keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransında səsləndirib. (Apa)