«Müəllim və tələbələrə 4500 manat pul mükafatı verilir»
FED.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov deyib.
O bildirib ki, iz regionda ilk dəfə müəllimlərin reytinqini formalaşdıran Differensial Əmək Haqqı Sisteminini hazırladıq:
" UNEC-in intellektual məhsulu olan reytinq sisteminin tətbiqindən sonra keyfiyyətli elmi məqalələrin və tədqiqatların sayı artmağa başladı, müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdı.
Müəllimlərlə yanaşı, tələbələrin elmi tədqiqata marağını artımaq və tədqiqatlarını stimullaşdırmaq məqsədilə nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4500 manatadək pul mükafatı təsis etmişik. İndiyədək onlarla müəllim və bir neçə tələbəmiz bu mükafatdan yararlanıb. Təsadüfi deyil ki, bu mexanizmlərin tətbiqi nəticəsində UNEC-in nüfuzlu “Web of Science” və “Scopus” elmi bazalarındakı əsərlərinin sayı 2015-ci ildən sonra əhəmiyyətli dərəcədə artmış və ölkə üzrə lider universitetlər sırasına yüksəlmişdir".