Təhsil naziri Emin Əmrullayev bir şəxsə ikinci, üçüncü dəfə pulsuz ali təhsil almaq imkanı verilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Eləcə də bax: Bu il 10 minə yaxın tələbə təhsil tələbə kreditindən - YARARLANACAQ
FED.az xəbər verir ki, nazir bu gün keçirilən brifinqdə deyib ki, bu, hələ mümkün deyil.
“Bizdə əhalinin böyük hissəsi bir dəfə ali təhsil ala bilmirsə, düşünmür ki, bir adama bunu 2-3 dəfə tanıyıb, o birinə tanımamaq, yaxud da hərəyə iki dəfə tanımaq düz olmaz. Dövlət başçısının bu sahəyə xüsusi qayğısı nəticəsində ali təhsilin dövlət tərəfindən maliyyələşməsinin payı əhəmiyyətli dərəcədə artır. Builki qəbulda 60% dövlət tərəfindən maliyyələşir. Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil tələbə krediti var”. (Apa)