Bu il 10 minə yaxın tələbə təhsil tələbə kreditlərindən yararlanacaq.
Eləcə də bax: Növbəti tədris ili üçün tələbə kreditinə müraciətlərin qəbuluna - BAŞLANILIR
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ötən il pandemiya ilə əlaqədar olaraq təhsil tələbə kreditləri ilin yarısından verildiyindən təxminən 3 min tələbəni əhatə etmişdi:
“2026-cı ilin sonuna qədər isə daha 25 min tələbəyə təhsil tələbə kreditinin verilməsi nəzərdə tutulur”. (Apa)