Hazırda 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır.
"Elə məktəb var şagirdə illik 600, eləsi də var 30 min manat xərclənir"
FED.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI Qurultayında deyib. Nazir bildirib ki, əməkhaqqı artımından sonra direktor olmaq istəyənlərin sayı artıb.
Müəllimlərin daimi ştatda işləməsi istiqamətində tədbirlər həyata keçirildiyini deyən nazir təhsilverənlərin güclü və bacarıqlı olması üçün sertifikasiya imtahanlarının təşkil edildiyini vurğulayıb. (Xezerxeber.az)