Bizim xərclərimizin daha çox olduğu yerdə nəticələrimiz heç də yuxarı deyil. Azərbaycan məktəblərində çox qeyri-bərabər maliyyə paylanması var.
Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradılıb, təyinatlar olub - SİYAHI
FED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, şagird sayı 0-30 olan 477 təhsil müəssisəsi var. Orada cəmi 7 min uşaq oxuyur və bir uşağa 7 min manat vəsait xərclənir:
"Orada biz heç bir keyfiyyət əldə edə bilmirik. Halbuki bu, Bakıda özəl məktəbin bir şagirdə xərclədiyi vəsaitə bərabərdir. Bu bizə bir neçə şeyi göstərir. İlk növbədə görürük ki, sinifdə şagird sıxlığı daha az olanda o demək deyil ki, şagird daha yaxşı oxuyur. Bu, eyni zamanda müəllimdən də asılıdır. Həmçinin sıxlıqların və rasionallaşmaların aparılmasının ehtiyacını göstərir. Biz başa düşməliyik ki, eyni büdcə ilə daha çox şagirdə daha keyfiyyətli xidmət göstərə bilərik.
Bizdə elə bir məktəb var ki, orada bir uşağın illik xərci 64 min manatdır. Həmin pulu yenə o şagirdə xərcləyək. Amma 64 min manata biz o uşaq üçün nələr edə bilərik mövqeyindəyik. Dövlət vəsaitini daha nəticəyönümlü xərcləmək istiqamətində rasionallaşdırma tədbirlərimizi davam etdirəcəyik. Bakının böyük bir məktəbində şagirdin illik xərci 600 manat, başqa bir məktəbdə isə 30 min manatdır. Bu həm bərabər baxımından ədalətli deyil, həm də yeri gələndə 600 manat xərclədiyimiz məktəvdən daha yaxşı nəticə əldə edirik". (Apa)