İnformasiya texnologiyaları üzrə kurslara maraq artıb.
Azərbaycanda 200 min nəfərə yaxın İT mütəxəssis çatışmır – MÜSAHİBƏ
FED.az xəbər verir ki, məlum məsələdir ki, hazırda ən gəlirli sahələrdən biri informasiya və kommunikasiya texnologiyalarıdır. Bu sektora tələbat artdığından müvafiq kursların sayı da çoxalıb. Belə kursların aylıq qiyməti isə 200 manatdan 5 min manatadək dəyişir. Bunu informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyir.
Bəs bu kursların qiymətləri niyə yüksəkdir?, O məbləği ödəməyə dəyirmi?
Mütəxəssis deyir ki, kursların bu sahədə tanınma səviyyəsi və marketinq strategiyası da qiymətlərin müəyyən edilməsində rol oynayır.
Məsələ ilə bağlı paytaxt sakinlərinin də fikirlərini soruşduq. “çox bahadır”,- deyən də oldu, “işləyəndən sonra o pulu qat-qat geri qaytarmaq olar” deyən də.
Onu da vurğulayaq ki, dövlət və özəl sektorda çalışan İT mütəxəssislərin məvaciblərində 2-3 dəfəyədək fərq özünü göstərir. Məsələn, bir şəbəkə inzibatçısı dövlət sektorunda min manat civarında əməkhaqqı alırsa, özəl sektorda bu rəqəm 2500-3000 manat, hətta daha çox ola bilir.