2020-ci ildə elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
FED.az xəbər verir ki, layihəyə görə, bu vəsait 2019-cu illə müqayisədə 57,4 milyon manat və ya 42,1 faiz çoxdur.
2020-ci ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 12,3 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsait fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, dövlət və qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldiləcək.
Eləcə də bax:Azərbaycanda təhsil xərcləri 40%-dək artırılır
Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna 4,2 milyon manat və elm müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10,0 milyon manat vəsait proqnozlaşdırılıb.
2020-ci ilin dövlət büdcəsində elm xərcləri köməkçi bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri isə 4,2 milyon manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 0,3 milyon manat və ya 7,5 faiz çoxdur.