Gələn il təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq.
FED.az "APA"-ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb.