Təhsil və elm

Dünyada nüfuzlu universitetlərin - REYTİNQİ DÜŞÜR - SİYAHI

Dünyada nüfuzlu universitetlərin - REYTİNQİ DÜŞÜR - SİYAHI | FED.az
07:33 8 İyul 2019

Böyük Britaniyanın təhsil sahəsində ixtisaslaşmış  Quacquarelli Symonds (QS) konsaltinq şirkətinin universitetlərin növbəti  qlobal reytinqinə həsr olunmuş  tədqiqatı dünya ali təhsil sistemində  bir sıra tendensiyalardan xəbər verir.  
Eləcə də bax: «Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA

FED.az biznes portalı "AZEDU"ya istinadən xəbər verir ki, QS-in  dünyanın 1000-dən artıq  ən yaxşı universitetinin reytinq cədvəlinin yuxarı pilləsində nisbətən az saylı nüfuzlu ali məktəblərin  yer alması diqqətə səbəb olub.  Ənənəvi olaraq  ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Stenford  və Harvard universitetləri reytinqin dəyişilməz  “üç”lüyünü təşkil edir. Dördüncü yerdə olan   Oksford Universiteti Böyük Britaniyanın ən yaxşı ali təhsil müəssisəsi  kimi əvvəlki  mövqeyini qorumaqdadır.
Eləcə də bax: «Haqqımızda deyilənlər təxribat idi, diplomlarımız tanınır» - REKTORLA MÜSAHİBƏ

QS-in növbəti reytinqə həsr olunmuş  arayış hissəsində qeyd olunur ki, bütün bunlarla yanaşı həm ABŞ, həm də Böyük Britaniya üçün həyəcan doğura biləcək tendensiyalar var. ABŞ və Böyük Britaniyanın  əksər universitetləri bu il reytinqdə aşağı düşüb.   Çox zaman bu, reytinqin tərtib olunmasında istifadə olunan əsas kriteriyalardan biri - beynəlxalq tələbə  əmsalının aşağı göstəriciləri ilə bağlı olur.
Eləcə də bax: «Universitetimizdə təhsil haqqı 2-3 min manat, müəllim maaşı 1000 manata qədərdir» - MÜSAHİBƏ

QS hesab edir ki,  ABŞ və Böyük Britaniyada siyasi çərçivədə hansı qərarların qəbul olunmasından asılı olmayaraq digər ölkələrdən olan ali məktəblər adı çəkilən ölkələrin “ağır çəkili” nüfuzlu  universitetlərini sıxışdırmağa başlayacaq.

Rusiya ali məktəblərinin lideri olan M.V. Lomonosov adına Moskva Dövlət Universiteti  bu il nəinki 100 ən yaxşı ali məktəb arasında yer ala bilib, həmçinin ötənilki reytinqlə  müqayisədə altı pillə yüksələrək 84-cü yeri tutmağa müvəffəq olub.  Belə bir uğura  MDU   qismən  dünya üzrə ən aşağı müəllim-tələbə nisbətinə görə nail olub.   Bu bölmədə Rusiya ali təhsilinin lideri 100 mümkün baldan  99,7 bal toplayıb.

Növbəti reytinqdə Azərbaycanı Bakı Dövlət Universiteti (801-1000 aralığında) təmsil edir.  Qeyd edək ki, Quacquarelli Symonds  2014-cü ildən altı meyar   - akademik reputasiya (40%), müəllim-tələbə nisbəti (20%), elmi məqalələrdən sitatgətirilmə əmsalı (20%), işəgötürənlər arasında nüfuzu (10%), xarici tələbələrin payı (5%),  xarici müəllimlərin payı (5%) üzrə ali məktəbləri  qiymətləndirir.

Yeni reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/world-university-rankings/2020 səhifəsindən tanış olmaq olar. 

Rey-tinq

Ali məktəbin adı

Ölkə

1.

Massachusetts Institute of Technology (MIT)

ABŞ

2.

Stanford University  

ABŞ

3.

Harvard University

ABŞ

4.

University of Oxford

Böyük Britaniya

5.

California Institute of Technology (Caltech)

ABŞ

6.

ETH Zurich - Swiss Federal Institute of Technology

İsveçrə

7.

University of Cambridge

Böyük Britaniya

8.

UCL

Böyük Britaniya

9.

Imperial College London

Böyük Britaniya

10.

University of Chicago

ABŞ

=11.

Nanyang Technological University, Singapore (NTU)

Sinqapur

=11.

National University of Singapore (NUS)

Sinqapur

13.

Princeton University

ABŞ

14.

Cornell University

ABŞ

15.

University of Pennsylvania

ABŞ

16.

Tsinghua University

Çin

17.

Yale University

ABŞ

=18.

Columbia University

ABŞ

=18.

EPFL - Ecole Polytechnique Federale de Lausanne

İsveçrə

20.

The University of Edinburgh

Böyük Britaniya

21.

University of Michigan

ABŞ

=22.

Peking University

Çin

=22.

The University of Tokyo

Yaponiya

24.

Johns Hopkins University

ABŞ

=25.

Duke University

ABŞ

=25.

The University of Hong Kong

Honkonq

27.

The University of Manchester

Böyük Britaniya

28.

University of California, Berkeley (UCB)

ABŞ

=29.

The Australian National University

Avstraliya

=29.

University of Toronto

Kanada

31.

Northwestern University

ABŞ

32.

The Hong Kong University of Science and Technology

Honkonq

=33.

King's College London

Böyük Britaniya

=33.

Kyoto University

Yaponiya

=35.

McGill University

Kanada

=35.

University of California, Los Angeles (UCLA)

ABŞ

37.

Seoul National University

Cənubi Koreya

38.

The University of Melbourne

Avstraliya

39.

New York University (NYU)

ABŞ

40.

Fudan University

Çin

41.

KAIST - Korea Advanced Institute of Science & Technology

Cənubi Koreya

42.

The University of Sydney

Avstraliya

43.

The University of New South Wales (UNSW Sydney)

Avstraliya

44.

The London School of Economics and Political Science (LSE)

Böyük Britaniya

45.

University of California, San Diego (UCSD)

ABŞ

46.

The Chinese University of Hong Kong (CUHK)

Honkonq

47.

The University of Queensland

Avstraliya

48.

Carnegie Mellon University

ABŞ

49.

University of Bristol

Böyük Britaniya

50.

Delft University of Technology

Niderland

51.

University of British Columbia

Kanada

52.

City University of Hong Kong

Honkonq

53.

Université PSL

Fransa

54.

Zhejiang University

Çin

55.

Technical University of Munich

Almaniya

56.

University of Wisconsin-Madison

ABŞ

57.

Brown University

ABŞ

=58.

Monash University

Avstraliya

=58.

Tokyo Institute of Technology

Yaponiya

=60.

Ecole Polytechnique

Fransa

=60.

Shanghai Jiao Tong University

Çin

62.

The University of Warwick

Böyük Britaniya

63.

Ludwig-Maximilians-Universität München

Almaniya

64.

University of Amsterdam

Niderland

65.

University of Texas at Austin

ABŞ

66.

Ruprecht-Karls-Universität Heidelberg

Almaniya

67.

University of Glasgow

Böyük Britaniya

68.

University of Washington

ABŞ

69.

National Taiwan University (NTU)

Tayvan

70.

Universiti Malaya (UM)

Malayziya

71.

Osaka University

Yaponiya

=72.

Georgia Institute of Technology

ABŞ

=72.

University of Copenhagen

Danimarka

74.

Universidad de Buenos Aires (UBA)

Argentina

75.

University of Illinois at Urbana-Champaign

ABŞ

76.

University of Zurich

İsveçrə

77.

Sorbonne University

Fransa

=78.

Durham University

Böyük Britaniya

=78.

The University of Sheffield

Böyük Britaniya

80.

KU Leuven

Belçika

81.

University of Birmingham

Böyük Britaniya

82.

Tohoku University

Yaponiya

83.

Korea University

Cənubi Koreya

84.

Lomonosov Moscow State University

Rusiya

85.

Rice University

ABŞ

86.

The University of Western Australia

Avstraliya

87.

Pohang University of Science And Technology (POSTECH)

Cənubi Koreya

88.

The University of Auckland

Yeni Zelandiya

89.

University of Science and Technology of China

Çin

90.

University of North Carolina, Chapel Hill

ABŞ

91.

The Hong Kong Polytechnic University

Honkonq

92.

Lund University

İsveç

=93.

Pennsylvania State University

ABŞ

=93.

University of Leeds

Böyük Britaniya

95.

Sungkyunkwan University (SKKU)

Cənubi Koreya

96.

University of Nottingham

Böyük Britaniya

97.

University of Southampton

Böyük Britaniya

=98.

Boston University

ABŞ

=98.

KTH Royal Institute of Technology

İsveç

100.

University of St Andrews

Böyük Britaniya

Digər xəbərlər