Təhsil Tələbə Kredit Fondunun fəaliyyətə başlamasından sonra dövlət sifarişli yerlər və sosial təbəqələr ilə bağlı təhsil haqqı üzrə güzəştlər ləğv olunmayacaq.
Eləcə də bax: Kreditlər hansı tələbələrə - Veriləcək?
FED.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Dövlət sifarişi hesabına təhsil (pulsuz) öz yerində qalır və yerlərin sayı ildən-ilə artır. Sosial təbəqələr ilə bağlı güəştlər də öz yerində qalır. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim olunur. Bunun əsas mahiyyəti təhsilə daha çox insanın, o cümlədən müxtəlif həssas quruplardan olanların təhsilə cəlb edilməsi və təhsildə rəqabəti saxlamaqdır”,- nazir bildirib. (Marja)