“Təhsil Tələbə Krediti Fondunun kreditləri verilərkən birinci - sosial həssas qrupdan olan tələbələrin ailələrinin gəlirləri, valideynlərin işsizliyi, maddi və sosial məsələlər nəzərə alınır. İkinci - standart qrupda isə ilk öncə kredit akademik nailiyyətləri olan tələbələrə veriləcək”.
Eləcə də bax: Tələbələrə təhsil krediti hansı faizlə və müddətə - Veriləcək?
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bu kreditlər hər tədris ili üçün ayrılıqda ödəniləcək.
Xaricdə oxumaq istəyənlər kreditlərdən yararlana bilməyəcək
“Təhsil Tələbə Krediti Fondunun kreditlərindən xaricdə təhsil almaq istəyən tələbələr yararlana bilməyəcəklər”.
Bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bu kreditlər Azərbaycan universitetləri üçün nəzərdə tutulub.
E.Əmrullayev həmçinin bildirib ki, Təhsil Tələbə Krediti Fondununun kreditləri Azərbaycanda təhsil alan əcnəbi tələbələrə şamil edilməyəcək.
Kredit məsələsində özəl və dövlət universitetləri arasında fərq olacaq?
“Təhsil Tələbə Krediti Fondundan özəl və dövlət ali məktəblərinin tələbələrinin kredit götürməsində heç bir fərq olmayacaq”.
Bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, kredit verilərkən daha çox insanın əhatə olunması burada əsas şərtlərdəndir.