2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3 milyard 740 milyon manat vəsait proqnozlaşdırılıb.
Eləcə də bax: Azərbaycanda ən bahalı və ən ucuz təhsil bu ali məktəblərdədir - ARAŞDIRMA
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.
Bildirilib ki, bu, 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur. (Marja)