“Tələbələr üçün əsas şərt universitetə qəbulla bağlı proqramın şərtlərini ödəməkdir. Həmçinin digər amillər də nəzərə alınacaq. Çalışırıq ki, Azərbaycanın iqtisadiyyatına töhvə verən insanlara imkan yaradaq”.
Eləcə də bax: Xaricdə təhsil alan gənclərin işlə təmin olunması üçün proqram - HAZIRLANACAQ
FED.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev ötən gün təsdiq olunan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, çalışılacaq ki, bu proqramı bitirənlər ölkəyə qayıtsınlar: “Bu proqramın məzunu olan 400 nəfərin iş tapmaqla bağlı problemi olacağını düşünmürəm. Amma onların işə düzəlməsi ilə bağlı da müvafiq tədbirlər nəzərdə tutulub. Qısa müddət ərzində həmin tədbirlər hazırlanıb ictimaiyyətə təqdim olunacaq”. (Qafqazinfo)