Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb.
Nazirlik Bərdə, Ağcabədi və Tərtərdə bağçaların yemək təchizatına 8,2 milyon – XƏRC ÇƏKƏCƏK
FED.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq, şiddətli töhmət verilib.
Agentliyin direktoru deyib: “Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 nəfər tərbiyəçi-müəllim qəbul edilib. Agentliyin fəaliyyəti dövründə 39 nəfər məktəbdənkənar təhsil müəssisələrinə müdir təyin olunub. Cari ildə 17 min nəfərin iştirak edəcəyi diaqnostik qiymətləndirmə aparılacaq. Bu qiymətləndirmə onların növbəti mərhələlərdə karyera yüksəlişində istifadə olunacaq”. (Azərtac)