Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
Nazirliyin növbəti yemək təchizatı ilə bağlı 12 milyonluq tenderini – BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “Məişət İst” MMC olub.
Şirkətlə 8 268 094 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 2 yaş qrupu üzrə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların gündəlik hazır yeməklə təchizatı nəzərdə tutulub. Yaş qrupları üzrə bölgü aşağıdaki kimidir :
1-3 yaşa qədər olan uşaqlar : 542 nəfər 240 gün və 775 nəfər 288.
3-6 yaşa qədər olan uşaqlar : 1440 nəfər 240 gün və 1961 nəfər 288 gün
Qeyd edək ki, “Məişət İst” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.