Bu ilin 9 ayında təhsil sahəsində orta aylıq əmək haqqı 702,3 manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 79,5 manat və ya 12,8% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında təhsil sahəsində orta aylıq əmək haqqı 623,1 manat təşkil edib.
Bundan başqa bu sahədə əmək haqqı dövlət sektoru üzrə 695,5 manat, qeyri-dövlət sektoru üzrə 866,4 manat təşkil edib.
Dövlət sektorunda 79,6 manat (12,9%), qeyri-dövlət sektorunda 49,9 manat (6,1%) artım qeydə alınıb.
Keçən ilin eyni dövründə göstəricilər müvafiq olaraq 615,9 manat və ya 816,5 manat təşkil edib.