Bakıda maliyyə və sığorta sahəsində çalışanların digər bölgələrdə eyni sahədə çalışanlardan daha artıq gəlir əldə edirlər.
FED.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, paytaxtda işləyən bank və sığorta işçilərinin orta aylıq əmək haqları regionlardakından təqribən 70-80% artıqdır.
Qeyd edək ki, DSK-nin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə maliyyə və sığorta sahəsində 36 400 nəfər çalışıb.
Bunlardan 30 600 nəfəri Bakıda, 5800 nəfəri regionlarda çalışır.
Maliyyə və sığota sahəsində çalışanların ölkə üzrə orta aylıq əmək haqqı 2 382 manat təşkil edir.
Bakıda maliyyə və sığorta sahəsində çalışanların orta aylıq maaşı 2556 manatdır. Regionlarda isə bu göstərici 1465 manat təşkil edir.
Başqa sözlə, Bakıda maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əmək haqqı regiondakılarla müqayisədə 74% artıqdır.
Qeyd edək ki, bunun səbəblərindən biri maliyyə təşkilatlarının baş ofislərinin Bakıda yerləşməsidir, nəticədə qurumun daha yüksək əmək haqqına sahib olan personalı paytaxtda olduğuna görə, daha yüksək orta aylıq əmək haqqı göstəricisi yaranır.