İşğaldan axad edilən ərazilərin bərpası çərçivəsində bu ərazilərdə 200-ə yaxın orta məktəb və məktəbə qədər təhsil müəssisəsi tikiləcək.
Eləcə də bax: İşğaldan azad olunmuş ərazilərə I Böyük Qayıdış proqramı üzrə – İŞLƏR AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin noyabrın 16-da təsdiqlədiyi 1-ci Böyük Qayıdış proqramında məlumat verilir.
Proqrama aid Tədbirlər Planına görə, azad edilən ərazilərdə 192 məktəb və 5 məktəbəqədər təhsil müəssisəsi tikiləcək.
Pana əsasən Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
Bu işlər Elm və təhsil nazirliyi tərəfindən aparılmalı və 2022-2026-cı illər ərzində başa çatmalıdır.