Xəbər verildiyi kimi preident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı»ı təsdiq edilib.
FED.az-ın məlumatına görə, Dövlət Proqramının 2 əsas istiqməti var:
1. Əhalinin dayanıqlı məskunlaşması;
2. Ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası
Bu istiqamətlər üzrə aşağıdakı işlər məqsədlər müəyyən edilib:
I. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək;
II. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək;
III. Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək;
IV. Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək;
V. Əhalinin məşğulluq imkanlarını artırmaq;
VI. Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək;
VII. Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək;
VIII. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək;
IX. Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq;
X. Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək;
XI. Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək;
XII. Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq;
XIII. Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək;
XIV. Təbii resurslardan səmərəli və effektiv istifadə etmək;
XV. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək.