Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 27-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının proqramı məlum olub.
Eləcə də bax: AMEA-da bəzi şöbələr ləğv edilib - YENİLƏRİ YARADILIB
FED.az xəbər verir ki, yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.
Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.
Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında məlumatla çıxış edəcək.
Bundan başqa, tədbirdə “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanlarının təqdimatı olacaq.
Gündəlikdə Akademiyanın yeni prezidentinin seçilməsi məsələsi yer almayıb. (Report)