“Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir”.
Eləcə də bax: BDU-da magistratura pilləsi üzrə vergi hüququ ixtisası - YARADILIR
FED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Builki keçid ballarına gəldikdə isə o deyib ki, müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil:
“Verilən plan yerləri də burada mühüm rol oynayır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4000 çoxdur".
Məleykə Abbaszadə onu da əlavə edib ki, müəyyən ixtisaslarda çoxalma, bəzilərində isə azalma müşahidə olunur. O qeyd edib ki, ixtisasla təhlil və müqayisə aparılmalıdır. (Apa)