“Al Market” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1005498281) ötən il 20 milyon manat vergi ödəyib.
Azərbaycanda ən çox vergi ödəyən - MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını istinadən xəbər verir.
Məlumata görə, MMC-nin ödədiyi verginin həcmi 2024-cü illə müqayisədə 3,2 milyon manat və ya 13,8% azalıb.
Belə ki, 2024-cü ildə “Al Market” MMC 23,2 milyon manat vergi ödəmişdi.
Bu nəticələrdən sonra “Al Market” MMC ən çox vergi ödəyən 100 şirkətin siyahısında 13 pillə geriləyərək 70-ci yerə düşüb.
Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 278 min 621 manat olan şirkətin qanuni təmsilçisi Ozcelik Muhammed Zulfudur.
Dövlət Vergi Xidmətinin məlumatına görə, cari ilin 8 aprel tarixinə şirkətin 257 min 114 manat vergi borcu yığılıb.














