Ötən il ərzində Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin arasında 4 market şəbəkəsi də yer alıb.
Təcili: Azərbaycanda ən çox vergi ödəyən - 100 ŞİRKƏT AÇIQLANDI – TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını istinadən xəbər verir.
Məlumata görə, ən çox vergi ödəyən marketlərin birincisi “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətin ödədiyi verginin həcmi 46,4 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 9,7 milyon manat və ya 26,4% çoxdur.
Bununla yanaşı, “Oba Market” MMC 25,9 milyon manat (2,4 milyon manat, yaxud da 10,2% çox), “Azərbaycan Supermarket” MMC (Bravo Market) 21,2 milyon manat (0,4 milyon manat və ya 1,9% çox), “Al Market” MMC 20 milyon manat (3,2 milyon manat və ya 13,8% az), “Bazarstore” MMC isə 17,8 milyon manat (3,7 milyon manat və ya 26,2% çox) vergi ödəyib.
Ötən il ən çox vergi ödəyən marketlər aşağıdakı cədvəldə:
|
S/N |
Şirkətin adı |
Ödənilmiş vergilər - 2025 |
Ödənilmiş vergilər - 2024 |
Dinamika |
|
1 |
"Araz Supermarket" MMC |
46,4 |
36,7 |
9,7 milyon manat / 26,4% |
|
2 |
"Oba Market" MMC |
25,9 |
23,5 |
2,4 milyon manat / 10,2% |
|
3 |
"Azərbaycan Supermarket" MMC |
21,2 |
20,8 |
0,4 milyon manat / 1,9% |
|
4 |
"AL Market" MMC |
20 |
23,2 |
-3,2 milyon manat / -13,8% |
|
5 |
"Bazarstore" MMC |
17,8 |
14,1 |
3,7 milyon manat / 26,2% |














