Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Murad İ m” MMC şirkəti barəsində araşdırmaya başlayıb.
Dövlət Agentliyi: Alicıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib edilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Agentlik iddia edir ki, “Murad İ m” MMC şirkəti “Sevimli” əmtəə nişanlarından ət məhsullarında, o cümlədən kolbasa və sosiska məhsullarında istifadə zamanı “M & T” Ltd firmasına qarşı haqsız rəqabətə yol verib. Yəni şirkət “M & T” Ltd firması ilə eyniadlı məhsul istehsal edib.
Bu hal Rəqabət Məcəlləsinin 23.1.1- ci maddəsinin tələblərinin pozulması əlamətləri kimi qiymətləndirilib. Hazırda araşdırma davam etdirilir.
Qeyd edək ki, Rəqabət Məcəlləsinin 22.1.3. maddəsi rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlıdır.














