İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 10 fevral 2025-ci il tarixinə "Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri" barədə məlumatları açıqlayıb.
Azərbaycanda çörək istehsalı min tondan çox artıb
FED.az xəbər verir ki, əvvəlki qiymətlərlə müqayisə göstərir ki, son 1 ayda un qiymətləri artırılıb.
Belə ki, 14 yanvar 2025-ci il tarixində açıqlanmış məlumatda 50 kq-lıq un kisəsinin satış qiymətiləri 26 manat - 28,20 manat civarında ikən, dünüən açıqlanan qiymətlərdən məlum olur ki, artıq un istehsalçılarının topdansatış satış qiymətləri 26,50 manat 28,20 manat civarındadır. Unun kisəsini 27 manatın üzərində təklif edən əksər istehsalçılar qiymətləri 10-50 qəpik civarında artırıblar.
Qeyd edək ki, dünya bazarlarda buğdanın qiyməti artmayıb, əksinə düşüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatınnın (FAO) Taxıl Qiymətləri İndeksinə görə, taxıl qiymətləri yanvar ayında aylıq müqayisədə 0,3 faiz artsa da, illik müqayisədə 6,9 faiz azalıb. Yanvar ayında buğdanın ixrac qiymətləri cüzi azalma göstərib. Zəif idxal tələbi qiymətlərə təzyiq göstərib. (Marja)