Hal-hazırda Azərbaycandan qeyri-ənənəvi məhsulların ixracına start verilib.
Azərbaycan xaricə 19 ton qurbağa ayağı ixrac edib - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin idxal və ixraca nəzarət şöbəsinin müdiri Əkbər Əliyev deyib.
Onun sözlərinə görə, xüsusilə Avropa İttifaqı ölkələrinə Azərbaycan aquakultur məhsullarının, balıq məhsullarının, kürü məhsullarının, qurbağa ayağı kimi məhsullarının ixracı həyata keçirilməkdədir: "Avropa İttifaqında artıq 12-dən çox Azərbaycan istehsalçı müəssisələri qeydiyyata alınmışdır. Bu da, Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artdığını göstərməkdədir".











