Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.
Azərbaycandan iki ölkəyə 3.6 ton qurbağa ayağı ixrac olunub
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib
Bildirilib ki, həmçinin, İtaliya və Fransa respublikalarına qurbağa ayağı məhsulu ixrac olunub:
"Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən, Fransaya 4.81 ton, İtaliyaya 13.83 ton, İspaniyaya 0.17 ton qurbağa ayağı ixrac edilib".
Vurğulanıb ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida sahəsində idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi tələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlər davam etdirir. (Trend)