2023-cü ildə səhiyyə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 790,6 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə müqayisədə 107,4 manat və ya 15,7% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 683,4 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışan səhiyyəçilərin orta aylıq əmək haqqı 812,5 manat təşkil edib ki, bu 2022-ci illə müqayisədə 115,8 manat və ya 16,6% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 684 manat olub. Bu da illik müqayisədə 70 manat və ya 11,3% çoxdur.