2023-cü ildə balıqçılıq və balıqyetişdirmə sahəsində işləyənlərin orta aylıq əmək haqqı 845,7 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə müqayisədə 122,9 manat və ya 17% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 722,8 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışan balıqçıların orta aylıq əmək haqqı 617,9 manat təşkil edib ki, bu 2022-ci il müqayisədə 103,6 manat və ya 20,1% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 891,5 manat olub. Bu da illik müqayisədə 126 manat və ya 16,5% çoxdur.