Məhkəmə keşiş Endryu Branson barədə qərarını açıqladı. FED.az xəbər verir ki, qərara görə, Bransona 3 il 1 ay 15 gün həbs cəzası verilib. Onun 2016-cı ildən həbsi nəzərə alınsa, Branson azadlığa buraxılacağı bildirilir.
Bransonun ev həbsi və xaricə çışış qadağası da ləğv edilib.
Qeyd edək ki, bu gün keçirilən məhkəmə iclasında iddianamədə yer alan şahidlər dinlənilib. Şahidlərdən üçü Branson əleyhinə verdiyi ifadələri dəyişib.
Məhkəmənin kilid isimlərindən olan Levent Kalkan daha öncə 15 İyul dövlət çevrilişi cəhdi zamanı bəzi əsgərlərin Bransonun evində qaldığını söyləmiş və bu məlumatı Yılmaz Demircandan eşitdiyini bildirmişdi.
İclasda Kalkan və Demircan üzləşib. Demircan, "Bu evdə mən, sadəcə, koreyalıları gördüm" deyəndə, məhkəmə sədrinin "Bəs FETÖ-çülər qalmışdı bu evdə?" şəklindəki sualına Levent Kalkan, "Mən belə bir şey deməmişəm" deyərək cavab verib.
Levent Kalkan ifadəsinin yanlış anlaşıldığını bildirib.
Branson da iddiaları rədd edib, FETÖ-çuları tanımadığını bildirib.
ABŞ-lı keşiş Branson 2016-cı ilin Dekabr ayında terror təşkilatı adına cinayət törətmək və casusluq ittihamları ilə həbs olunmuş və 25 İyulda həbsi ev həbsinə çevrilmişdi.