Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 4 milyard 646 milyon 740,3 min manat məbləğində vergi və rüsum köçürüb.
FED.az xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-oktyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 560 milyon 302,8 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 30,5% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 322 milyon 905,1 min manat (artım 37,4%), aksizlər üzrə 133 milyon 948,7 min manat (artım 1,2%), yol vergisi üzrə 52 milyon 604,9 min manat (artım 47,3%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 137 milyon 281,6 min manat (artım 16,7%) məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard 605 milyon manat təşkil edir.