Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb.
Qurumdan FED.az verilən məlumata görə, 2019-cu ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində qazlaşdırma tam başa çatıb və ümumilikdə 2 569 fərdi ev qazla təmin edilib.
İstismara hazır olan məntəqələr (kənd və qəsəbələr) barədə mütəmadi olaraq məlumatlar veriləcək.