Avtomobil qəzaları sürücülərin və nəqliyyat vasitəsi sahiblərinin qarşılaşa biləcəyi gözlənilməz və stresli vəziyyətlərdən biridir.
Fərdi qəza və xəstəliklərin könüllü sığortasına maraq 44% artıb
Azərbaycanda sürücülərin mülki məsuliyyətinin könüllü sığortası bazarı 42% BÖYÜYÜB
Azərbaycanda avtomobillərin könüllü sığortasına ödənişlər 27% artıb
Avtomobillərin icbari sığortası üzrə - 7,9 MİLYON ÖDƏNİŞ EDİLDİ
Bu zaman, əgər avtomobil sığortalanıbsa, sığorta şirkəti ilə əlaqə yaratmaq və kompensasiya prosesi zərərçəkmişin həyatında mühüm yer tutur. Bununla belə, tez-tez verilən sual var: Bədbəxt hadisədən sonra sığorta şirkətindən kompensasiya almaq üçün nə qədər vaxt lazımdır?
FED.az bu yazıda sığorta ödənişini hansı müddətə alınmasını araşdırıb. Avtomobil qəzalarından sonra sığorta şirkətlərindən kompensasiyaların alınmasının ümumi prosesi Yol Polisi tərəfindən “Forma-4” sənədinin təqdim edilməsi, qiymətləndirmənin aparılması və ödənişin olunmasından ibarətdir.
Forma-4 adlanan sənəd polis tərəfindən 10 iş günü müddətində sığorta şirkətlərinə təqdim edilir. Bundan sonra olan proses isə hər bir sığorta şirkəti üzrə fərqlidir.
Sığorta şirkətləri bildirir ki, ödənişlər bu şəkildə verilir, detallı cədvəldə:
Sığorta şirkəti |
Qəza hadisəsi baş verdikdən sonra ödənişin alınması prosesi |
«A-Group Sığorta» |
Hadisə baş verdikdən sonra 7 iş günü ərzində qiymətləndirilmə prosesi olmalıdır və 10 iş günü müddətində polis Forma-4 sənədini sığorta şirkətinə göndərməlidir. Forma-4 sənədi və digər bütün sənədlər sığorta şirkətinə çatdırıldıqdan sonra 7 iş günü ərzində müştəriyə ödəniş olunmalıdır. |
«Ata Sığorta» |
Polisə məlumat verilir, hadisə baş verdikdən sonra növbəti gün polis idarəsinə yaxınlaşmaq lazımdır. Polis tərəfindən 10 iş günü ərzində Forma-4 sənədi sığorta şirkətinə göndərilir. Forma-4 sənədi sığorta şirkətinə gələnə qədər həmin müddət ərzində, müştəri ilə avtomobilin qiymətləndirilməsi prosesi aparılır. Forma-4 sənədi eləcədə digər lazımlı sənədlər sığorta şirkətinə gəldikdən sonra və qiymətləndirmə prosesində razılaşma əldə edildikdən sonra 10 iş günü müddətində ödəniş edilir. |
«Atəşgah Sığorta» |
Hadisə baş verdikdə sığorta şirkəti tərəfindən qeydiyyata alınır, daha sonra Forma-4 polis tərəfindən 10 iş günü ərzində sıorta şirkətinə göndərilir və həmin sənəd 2 gün ərzində sisteme inteqrasiya edilir. Müştəriyə minimum 3 gün maksimum 7 gün ərzində qiymət deyilir və razılaşma əldə olunduqdan sonra 7 iş günü ərzində ödəniş edilir. |
«Azərbaycan Sənaye Sığorta» |
Polis 10 iş günü ərzində Forma-4 sənədini sığorta şirkətinə göndərdikdən sonra, 7 iş günü ərzində müştəriyə ödəniş edilir. |
«Meqa Sığorta» |
Hadisə baş verdiyi gündən 7 iş günü ərzində müştəriyə qiymət deyilir, 10 iş günü ərzində isə polis Forma-4 sənədini sığorta şirkətinə göndərir. Forma-4 sənədi gəldikdən 7 iş günü ərzində ödəniş olunur. |
«Xalq Sığorta» |
Polis Forma-4 sənədini 10 iş günü ərzində sığorta şirkətinə göndərir. Forma-4 sənədi sığorta şirkətinə gəldiyi gündən 3 iş günü ərzində sənədlər sistemə əlavə olunur. Bütün sənədlər imzalandığı təqdirdə 7 iş günü ərzində müştəriyə ödəniş edilir. |
«Azsığorta» |
Polis 10 iş günü ərzində Forma-4 sənədini sığorta şirkətinə göndərdikdən sonra, 10 iş günü ərzində müştəriyə ödəniş edilir. |
«Bakı Sığorta» |
Polis 10 iş günü ərzində Forma-4 sənədini sığorta şirkətinə göndərdikdən sonra, 7 iş günü ərzində müştəriyə ödəniş edilir. |
«Qala Sığorta» |
Qiymətləndirmə prosesi 7 iş günü ərzində aparılır. Hadisə baş verdikdən 10 iş günü ərzində isə Polis Forma-4 sənədini sığorta şirkətinə göndərir. Forma-4 sənədi gəldikdən və qiymətləndirmə prosesi zamanı razılıq əldə olunduqdan sonra 7 iş günü ərzində ödəniş olunur. |
«Paşa Sığorta» |
Hadisə baş verdikdən sonra 7 iş günü ərzində qiymətləndirmə icra olunur. Son sənəd daxil olduqdan sonra isə (bura daxildir vətəndaşın təqdim etdiyi sənədlər və müvafiq dövlət qurumu tərəfindən təsdiq edici sənəd Forma 4 arayışı və sənəd toplusu) müvafiq Sığorta ödənişi vətəndaşın təqdim etdiyi Bank hesabına köçürülür. |