Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 12 milyon 330 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 59 min manat və ya 9,4% çoxdur.
2023-ci ilin yanvar ayında bu göstərici 11 milyon 271 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 7 milyon 941 min manat təşkil edib ki, bu da illik müqayisədə 21 min manat və ya 0,3% çoxdur.
Əvvəlki ilin eyni dövründə 7 milyon 920 min manat sığorta ödənişləri edilmişdi.