Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 298 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 min manat və ya 40,5% çoxdur.
2023-ci ilin yanvar ayında bu göstərici 212 min manat təşkil edib.