Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 4 milyon 574 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 65 min manat və ya 30,3% çoxdur.
2023-ci ilin yanvar ayında bu göstərici 3 milyon 509 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 526 min manat təşkil edib ki, bu da illik müqayisədə 321 min manat və ya 26,6% çoxdur.
Əvvəlki ilin eyni dövründə 1 milyon 206 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 33,4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 33,4% təşkil edib.