Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun İdarə Heyəti (İH) formalaşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Fuad Sadıqov İH-nin sədri, Firdovsi Ağaşirinov isə İH-nin sədr müavini təyin olunub.
F.Sadıqov vaxtilə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Sığorta bazarına nəzarət departamentinin direktoru olub, son vaxtlar isə nazirliyə məxsus "Aqrolizinq" ASC-nin İH-nin sədr müavini çalışıb. F.Ağaşirinov isə bundan əvvəl Palatanın adıçəkilən departamentinin Qeyri-həyat infrastrukturuna nəzarət idarəsinə rəhbərlik edib.
Eləcə də bax: Aqrar sığortanın əhatə edəcəyi – MƏHSULLAR AÇIQLANDI – SİYAHI
Eləcə də bax: Aqrar sığorta üzrə təminat verilən - RİSKLƏR MƏLUM OLUB - QƏRAR
Eləcə də bax: Aqrar sığortanın pulunu kim ödəyəcək? – NAZİRLİKDƏN AÇIQLAMA
Eləcə də bax: Aqrar sığortanın necə işləyəcəyi - MƏLUM OLDU – DETALLAR – MÜSAHİBƏ
Eləcə də bax: Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini - TƏSDİQLƏYİB – İZAH