Nazirlər Kabineti Azərbayanda gələn ildən tətbiq ediləcək aqrar sığorta üzrə sığortalanacaq malları və məhsulları müəyyən edib. FED.az xəbər verir ki, bu «Aqrar sığorta predmetinin Tərkibi»nin təsdiq edilməsi haqqında qərarda əks edilib. Sözügedən qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
«Aqrar sığorta predmetinin Tərkibi», yəni aqrar sığorta çərçivəsində sığortalanacaq mallar bunlardır:
1. Aqrar sığortanın predmetinə aşağıdakılar daxildir:
1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:
1.1.1. buğda;
1.1.2. arpa;
1.1.3. qarğıdalı;
1.1.4. kartof
1.1.5. şəkər çuğunduru;
1.1.6. portağal;
1.1.7. limon;
1.1.8. naringi;
1.1.9. çay;
1.1.10. çəltik;
1.1.11. tütün;
1.1.12. üzüm;
1.1.13. fındıq;
1.1.14. pambıq;
1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə:
1.2.1. 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar;
1.3. akvakultura məhsulu üzrə:
1.3.1. balıqlar.
2. Hər il üçün sığorta məhsulları bu siyahının 1-ci hissəsində göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15- dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.