Bu ilin əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zərgərlik sənayesinin inkişafına töhfə vermək məqsədilə hazırlanan təkliflər əsasında vergi və gömrük qanunvericiliklərinə dəyişikliklər edilib.
Eləcə də bax: Azərbaycanın dövlət şirkəti qızıl və gümüş məhsullarının - İlk Satış Mərkəzini Yaradır
FED.az xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər zərgərlik sahəsinin daha da şəffaflaşmasına, məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin gücləndirilməsinə və ümumən “AzerGold” və zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühtinin yaradılmasına xidmət edir.
Z. İbrahimov bildirib ki, müvafiq sahədə fəaliyyət göstərən dövlət və özəl sahibkarlıq subyektləri üçün yaradılmış bu geniş imkanlar fonunda “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır: “Bu kolleksiyaya Heydər Əliyev Mərkəzi və “AzerGold” tərəfindən birgə təşkil edilmiş, Qarabağa həsr olunmuş müsabiqənin nəticələrinə əsasən seçilmiş yeni növ sikkələr də daxildir”.