2024-cü ilin yanvar-iyun aylarında 1 996,9,ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 234,7 ton və ya 13,3% çoxdur.
Ötən ilin 6 ayı ərzində 1 762,2 ton sement istehsal edilmişdi.
2024-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 85,2ton təşkil edib.
Bu da əvvəlki illə müqayisədə 23,7 ton və ya 21,8% azalıb.
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 108,9 ton təşkil edib